“Hazırda zəzərçəkmişlərlə bağlı müraciətlər çoxdur” - Səfirliyimizdən APA TV-yə açıqlama
6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Operativ Qərargahlar yaradılıb.Bu barədə APA TV-yə XİN-dən məlumat verilib.
Türkiyədəki səfirliyimizdən APA TV-yə verilən məlumata görə, hazırda rəqəm açıqlanmasa da, dağıntılar altında azərbaycanlılar da var.
Qeyd edək ki, zəlzələdən zərər çəkmiş Azərbaycan vətəndaşları və onların yaxınlarından +905355776168 nömrəsi vasitəsilə səfirliyimizlə, +905366138648 nömrəsi vasitəsilə İstanbuldakı Baş Konsulluğumuzla, +905527801418, +905075893011 nömrələri vasitəsilə isə Qarsdakı konsulluğumuzla əlaqə saxlamaları xahiş olunur.
Onu da qeyd edək ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir