Hazırlıq kursundan ümumi dəyəri 3500 manat olan əşyaları oğurlayıbmış

# 12:09
28 aprel 2023

Ağcabədidə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə Ağcabədi Rayon Polis Şöbəsinə fevral ayında rayondakı hazırlıq kursunun yerləşdiyi binadan oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar olunub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Nihad Hüseynov saxlanılıb. Məlum olub ki, Nihat Hüseynov kursdan noutbuklar və proyektor aparatı oğurlamaqla sahibkara 3500 manat dəyərində ziyan vurub. Oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR