Həbsdən xilas etmək adı ilə vətəndaşın pulunu aldılar, özləri məhkəməlik oldu

# 18:59
11 avqust 2022

Bərdədə dələduzluq yolu ilə rayon sakinin 16 min manatını ələ keçirən şəxslər saxlanıb. APA Tv-nin yerli bürosu xəbər verir ki, rayonun Lək kəndində yaşayan Qədimov Faiq prokurorluğa gələrək yazılı şəkildə bildirib ki, atası Vahid Qədimov narkotiklərin qanunsuz dövriyyəsinə görə polis tərəfindən saxlanılaraq həbs edilib. Dələduzluqda adları çəkilən şəxslər, Həsənov Orxan ilham oğlu və Kərimov Fərid Ədalət oğlu ağır cinayətlər məhkəməsində işə xitam verilməsinə nail olacaqları bəhanəsi ilə ondan 16 min manat pul alıblar. Bundan sonra dələduzluqda şübhəli bilinən hər iki şəxs saxlanılaraq istintaqa təhvil verilib. Başqasını ağır cinayətlər məhkəməsindən qurtaracağını vəd edib, pul alan şəxslərin özlərini məhkəmənin müttəhim kürsüsü gözləyir. Hər iki şəxs barəsində Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR