Həbslər üçün göstəriş verildi: Divarları “cücəni payızda, mollanı qışda sayarlar” yazısı bürüdü

# 19:20
11 yanvar 2023

İranın Baş Prokurorluğu hicabla bağlı polisə göstəriş verib.

 

Bu barədə “Mouze” teleqram kanalı məlumat paylaşıb.

 

Bildirilir ki, baş prokurorun bütün ölkə üzrə prokurorlara və məhkəmə icraçılarına nəzarət üzrə müavini Səməd Xorramabadi deyib ki, son vaxtlar baş prokurorluğun göstərişi ilə polisə “hicab qaydaları pozuntusu” ilə qəti şəkildə məşğul olmaq tapşırılıb: “Hicab qaydası pozmaq” aşkar cinayətlərdən biridir və asayiş keşikçiləri aşkar cinayətləri törədənləri həbs etməyə və onları səlahiyyətli məhkəmə orqanlarına cəza tətbiq etməyə yönəltməyə borcludurlar. Bu yaxınlarda ölkənin Baş Prokurorluğunun göstərişi ilə polisə bütün ölkə ərazisində hicab qaydaları cinayəti ilə qəti şəkildə mübarizə aparmaq tapşırılıb.

Qeyd edək ki, İranda 4 aya yaxındır aksiyalar davam etməkdədir. Vətəndaşlar günün müxtəlif saatlarında, xüsusən də gecələr rejimə qarşı öz narazılıqlarını bildirirlər.

İranın Məşhəd şəhərində də etiraz aksiyaları davam edir. Etirazçılar divarlara "cücəni payızda sayarlar, mollaları qışın sonunda" şüarları yazıblar.

 

Şirabad bölgəsinin Zahedan şəhərində isə vəziyyət daha da gərginləşib.

SEPAH qüvvələri ilə gənclər arasında toqquşma baş verib. Gənclərdən ikisi yaralanıb, 3 SEPAH üzvü öldürülüb.

Hökumət aksiya keçirilən bölgələrdə müxtəlif təzyiq vasitələrindən istifadə edir. Sosial şəbəkələrin İran seqmentində yayılan məlumatda bildirilir ki, molla rejimi azərbaycanlıların yaşadığı bölgələrdə elektrik enerjisini kəsməklə əhaliyə zülm verir.

Son vaxtlar həbs olunanlar arasında azərbaycanlıların çoxluğu da diqqət çəkir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini nümayiş­çilərin “dövlət tərəfindən maliyyələşdirilən qətlində” ittiham edib.

 

“İnsanları mitinqlərdə iştirak etmək və ya nümayişlər təşkil etmək kimi əsas hüquqlarını həyata keçirdiklərinə görə cəzalandırmaq üçün cinayət prosedurlarından istifadə etmək dövlət tərəfindən icazə verilən qətlə bərabərdir”, - deyə Türk bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR