Heç kim kənddən çıxa bilmir, 3 gündür çörək yoxdur
3 gündür Lənkəran rayonunun Balıqçılar qəsəbəsi dünyadan təcrid olunub desək, yanılmarıq.
Qəsəbədə qarın çox yağması səbəbindən, yollar bağlanıb. Qarın hündürlüyü 60 sm çatıb. Əsas magistral yol bağlı olduğundan qəsəbəyə maşınla giriş-çıxış dayanıb. Qəsəbədə yaşayan 80-ə yaxın ailə çörəksiz qaldıqlarını deyiblər. Qarın ağırlığından Balıqçılar qəsəbə tam orta məktəbinin dam örtüyü çöküb.
Sakinlər deyir ki, yollar bağlı olduğundan 3 gündür kənddə çörək, un yoxdur. Mağazada ancaq içməli sular qalıb.
Problemlə bağlı Lənkəran şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Balıqçılar qəsəbəsinə ağır texnika cəlb olunub. Artıq qar təmizlənib, yollarda olan problem aradan qaldırılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib