Heç kim Laçın dəhlizinin açılmasına zəmanət vermir - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə qapalı görüşü keçirilib.
Ermənistan mətbuatının yaydığı məlumata görə, görüş zamanı Laçın dəhlizinin bağlanması məsələsi müzakirə olunub. Qızğın keçən müzakirələrə baxmayaraq Paşinyan deputatların dəhlizin nə zaman açılacağına dair suallarına cavab verə bilməyib.
Baş nazir qeyd edib ki, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla təmasda olsa da, onlardan heç biri dəhlizin açılmasına zəmanət vermir.
Paşinyan Rusiyanın bu məsələdə vasitəçiliyinə dair də konkret fikir bildirməyib.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü