Həccə gedənlərin diqqətinə! - Azərbaycanda yeni YAŞ QADAĞASI
Bu il Azərbaycandan Həcc ziyarətinə yaşı 65-dən yuxarı olan şəxslər gedə bilməyəcəklər.
APA TV xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
O əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu il xarici ölkə vətəndaşları Azərbaycandan Həcc ziyarətinə gedə bilməyəcək: “Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq.
Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək”, - deyə Fuad Nurullayev bildirib.
Qeyd edək ki, bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib. 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar bu ziyarətə gedən olmayıb.
DİGƏR XƏBƏRLƏR
Bakıda hərbçilərin təntənəli yürüşü – MARAQLI VƏ QÜRURVERİCİ KADRLAR
Bu yerdə qarın hündürlüyü 29 santimetrə çatdı – Qarşıda bizi NECƏ GÖZLƏYİR?”
Şəhidlər xiyabanından başlayan YÜRÜŞ BÖYÜK ÇOŞQU İLƏ QARŞILANDI