Hədəfdə Kərkük, Mosul və Ərbil var? –“Türkiyənin məqsədi İraq və Suriyada PKK-nı bitirməkdir”

# 20:00
30 aprel 2024

 

Türkiyə silahlı qüvvələri İraqın şimalında iki hərbi baza yaradaraq bölgədə möhkəmlənir. İran hökumətinin məlumatına görə, Türkiyə ordusu ölkə sərhədləri boyunca 300 km və İraq ərazisinin 40 km-ni hərbi kimi istifadə edə biləcək. Bu, İraq və Türkiyə arasında sərhəd təhlükəsizliyini təmin etmək üçün atılmış bir addımdır. Bu addım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa səfəri zamanı razılaşdırılıb. Səfər zamanı imzalanan razılaşmada İraq və Türkiyə arasında iqtisadi və logistik əlaqələrin bərpası, intensivləşdirilməsi də yer alıb. Maraqlıdır ki, bu zamanadək Türkiyənin iqtisadi dayaqlarını yumşaltmağa çalışan bəzi siyasi mərkəzlər artıq bölgədə yaranmış situasiyanı izləməklə kifayətlənirlər. Belə görünür ki, Bağdad və Ankara artıq yeni geosiyasi durumun dizayn vermək üçün birgə cızma-qaraya başlayıblar. Türkiyə mediasına açıqlama verən iraqlı general Məcid əl-Qeys bildirib ki, Ankara bu addımıyla qlobal aktorların bölgədə yaratdığı uçurumda yer alan PKK terror təşkilatının sonunu gətirməyi hədəfləyir. “Türkiyə həm Körfəz, həm ABŞ, həm də İran üzərində ciddi təsir gücünə malikdir. Təbii ki, Türkiyə ordusu həm Zaxo-Ərbil, həm də Qamışlı-Səməlka dəhlizlərində hərbi varlığını saxlayan ABŞ-yə və İraqda Həşdi-Şabi ilə hərbi təsir gücünə malik İrana qarşı lazımi tədbirlər görəcək. Türkiyə əhəmiyyətli bir plan qurub. Bu prosesin mütləq hərbi nəticələri olacaq", - deyə iraqlı general əlavə edib. General İraq və Türkiyə orduları və kəşfiyyat qurumları arasında ciddi məlumat mübadiləsi və koordinasiyanın olduğunu bildirib. O vurğulayıb ki, sərhədləri və miqyası gizli saxlanılan əməliyyatla bölgənin gələcəyi dəyişəcək. Bəzi siyasilər isə Ankaranın bu addımını Türkiyənin İraq işğalına start verməsi kimi dəyərləndirir. Qeyd edək ki, Türkiyə mediasında dəfələrlə Misaki-milli adlandırılan sərhədlərinin bərpa edilməsi ilə bağlı iddialar da paylaşılıb. Xatırladaq ki, bu sərhədlərin daxilində Kərkük, Ərbil və Mosul da var. Məsələ ilə bağlı kanalımıza açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyə İraq liderlərinin təhlükəsizliklə bağlı razılaşmasında o da qeyd edilib ki, Türkiyə ordusu İraqdakı PKK mərkəzlərinə mütəmadi zərbələr endirəcək. O əlavə edib ki, rəsmi Bağdad da bu əməliyyatlarda mehmetçikə dəstək olacaq. Xatırladaq ki, Türkiyə son dövrlər "Pəncə-Kilid" adlı aniterror əməliyyatlarını İraq və Suriyanın şimalında sürətləndirib. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR