Helikopter qəzasında həlak olan DSX zabiti Beyləqanda dəfn olundu
Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyev anadan olduğu Beyləqan rayonunda dəfn edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçi Beyləqan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Beyləqan və Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Azər İbrahimov, şəhidin xidmət yoldaşları və rayon sakinləri iştirak edib.
Şəhidin atası Təyyar Nağıyev oğlu ilə qürur duyduğunu deyib: “Mən bu gün oğlum Nağıyev Fəridi dəfn elədim. O, Allahın uca bir məqamına ucaldı, Şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. İlk növbədə onların valideynlərinə, analarına və sonra atalarına səbir versin.”
Şəhidin tabutu bükülmüş Azərbaycan Bayrağı onun atasına təhvil verilib. Yaylım atəşi açılıb.
Vətən Sağ olsun!
Elgün Gəncimsoy,
Arzu Quliyev,
APA TV, Beyləqan
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)