Helikopterin “qara qutu”sundan nələr tapıldı?
Baş Prokurorluq noyabrın 30-da Xızıda qəzaya uğrayan DSX helikopterinin uçuş parametrləri ilə bağlı fotoları açıqlayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, helikopterin bort məlumatlarının qeydiyyatçısından (”qara qutu”dan) götürülmüş helikopterin düşmə anında qeydə alınmış uçuş parametrləri aşağıda qeyd olunan şəkillərdəki kimi olub.
"Bunların təhlili göstərir ki, helikopterin vertikal uçuş surəti Uçuş təlimatlarına zidd olaraq normadan artıq oluB və helikopterin idarəçiliyinin itirilməsinə və qəzaya səbəb olub", - deyə məlumatda bildirilir.
DİGƏR XƏBƏRLƏR
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var