Həmkəndlilərinin evini yardı
Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Əmirxan Hüseynov saxlanılıb. Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib. Həmin şəxsin oğurluq etdiyi ünvanlara ev sahiblərinin başqa yerdə olduğuna əmin olduqdan sonra, gecə saatlarında daxil olduğu müəyyən edilib.
Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV, Cəlilabad