Həmkəndlisinin evini yandirdi
Yevlax rayonunun Salahlı kəndində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA TV-yə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları hadisə yerində olub, yanğın olan əraziyə baxış keçirib. Fərdi yaşayış evinin qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum edilmiş Aqil Nəsibov saxlanılıb.
Hazırda faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və Aqil Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi