Həmyerlilər arasındakı mübahisə qanla bitdi – Zərərçəkənin vəziyyəti ağırdı
Kürdəmirdə silahlı insident olub. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonunun Carlı kəndində baş verib. Kənd sakinləri, 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədovla aralarında mübahisə yaranıb. Bu zaman Xalid Abdullayev ov tüfəngi ilə həmyerlisi Rüstəm Məmmədovu güllələyib. Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Xalid Abdullayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Zahid Abışov Devran Əsgərov
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu