Hərb tarixi muzeyində Gənclər günü qeyd edilib

# 15:34
2 fevral 2022

Hərb Tarixi Muzeyi və Azərbaycan Dillər Universitetinin Tələbə-Gənclər Təşkilatı ilə birgə

2 fevral – “Gənclər günü” münasibətilə tədbir keçirilib.

”Azərbaycan Gəncləri Vətən Müharibəsində” adlı tədbirdə, ilk olaraq Vətən Müharibəsində şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Prezidentin Gəncləri” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Hərb Tarixi muzeyinin rəisi Əzizağa Qəni-zadə qeyd edib ki,
bu gün Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, Prezident İlham Əliyevin ətrafında sıx birləşib, cəmiyyətin bərabərhüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışaraq dövlətimizin inkişafına öz töhfəsini verirlər.

 

Muzeyin işçisi Nuranə Nəcəfova bildirib ki, 44 günlük müharibədə iştirak edən şəxslərin əksəriyyəti gənclər olub, minlərlə gəncimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olaraq Azərbaycana qələbə sevincini yaşadıb: ”Torpaqlarımızın işğaldan azad olunmasında gənclərimizin rolu əvəzsiz oldu. Əminik ki, gənclərimiz region üçün yeni düzənin formalaşdığı bu mərhələdə də fəal şəkildə inkilüziv inkişafa dəstək olacaq. Hər birinizi bu gün münasibəti ilə təbrik edirəm”.

Tədbirin Bədii hissəsində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi orkestrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib.


Semral Cavad
Ceyhun Mustafayev
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR