Hərbçilər "Sonsuz Tanrı məhəbbəti" tamaşasını alqışlarla qarşılayıblar

# 05:15
24 dekabr 2021

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda 2021-ci il - "Nizami Gəncəvi İli" çərçivəsində növbəti tədbir keçirilib.

APA TV Müdafiə Nazirlyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Ordusunun birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun növləri və qisimləri , eləcə də əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqların təlim-metodiki toplantısı iştirakçıları üçün təşkil edilmiş tədbirdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan, insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin yaradıcılığının müstəsna əhəmiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il  Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilib.

Nəzərə çatdırılıb ki, dahi Nizaminin ədəbi qəhrəmanları Vətənini, yurdunu sonsuz məhəbbətlə sevir, ağıllı, cəsarətli və hünərlidir, doğma torpağını yadellilərin basqınlarından mərdliklə qorumağa, qılınc alıb, meydanda özünü göstərməyə, "doğma ölkəsinə qol-qanad" verməyə, öz ölkəsinin müstəqilliyini, ərazi bütövlüyünü əbədi və sarsılmaz etməyə, Vətənin azadlığını hər şeydən uca tutmağa qadirdir.

Sonra Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi Xalq artisti, “Şöhrət” ordenli, görkəmli rejissor Mərahim Fərzəlibəyovun səhnələşdirdiyi və quruluş verdiyi "Sonsuz Tanrı məhəbbəti" tamaşasını təqdim edib. Tamaşa Nizami Gəncəvi yaradıcılığı əsasında hazırlanan ibrətamiz yubiley tamaşasıdır. 

Sonda yaradıcı kollektivə Müdafiə Nazirliyi adından hədiyyələr və gül dəstələri təqdim olunub.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR