Azərbaycan Ordusunun 4 hərbçisi minaya düşüb
Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu və Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.
"Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur", - deyə qeyd olunub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU