Hərbi Dəniz Qüvvələrində dalğıcların hazırlıq məşqləri keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrinin Dalğıc Təlim Poliqonunda dalğıcların hazırlıq məşqləri keçirilir.
APA TV-nin məlumatına görə, döyüş koordinasiyasına nail olmaq məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçular dalğıc təhsili proqramı çərçivəsində müxtəlif spesifik məşqləri icra edir, dalğıc hazırlığı üzrə normativlər verir və sualtı döyüşün aparılması vərdişlərini təkmilləşdirirlər.
Hərbi qulluqçular müxtəlif təyinatlı maneələr zolağında döyüş, fiziki və peşə hazırlıqlarını artırırlar.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi