Hərbi əməliyyatla tutulan narkobaronla bağlı SON QƏRAR
Kolumbiyanın məşhur narkobaronlarından olan “Otoniel” ləqəbli Dairo Antonio Usuqa ABŞ-a ekstradisiya edilib.
APA TV xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti İvan Duke məlumat verib.
Bu barədə Tvitterdə yazan dövlət başçısı “Otoniel”i məşhur Pablo Eskobarla müqayisə edib.
Qeyd edək ki, 180 ilə 200 ton arasında kokain qaçaqmalçılığı edən 50 yaşlı narkobaron ötən ilin oktyabrında Antioquia əyalətində hərbi əməliyyat zamanı saxlanıb.
Xatırladaq ki, 2009-cu ildə Nyu-York məhkəməsi onun yerini bildirənə 5 milyon dollar vəd etmişdi.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?