Bank Of Baku

Hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil edən ata cərimələndi

# 17:07
4 iyul 2020

İsmayıllıda övladının hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən ata inzibati məsuliyyətə cəlb edilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilmiş karantin rejimi qaydalarının rayon ərazisində pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir nəticəsində Hacıhətəmli kənd sakini Ədalət Kərimovun öz həyətində məclis təşkil etdiyi müəyyən edilib.

 

Polis əməkdaşları tərəfindən həmin məclis dayandırılıb və karantin qaydalarının pozulmasına görə orada olan 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

 

Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR