Hərəkətdə olan maşın anidən yandı
Tərtər rayonunda hərəkətdə olan avtomaşın yanaraq yararsız hala düşüb.
APA TV-nin xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Tərtər rayon Düyərli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Tərtər rayon Qapanlı kənd sakini Bərxudar Yaqubluya məxsus “Toyota Prius” markalı minik maşını hərəkətdə olan zaman alışıb. Hadisə zamanı sürücü yanıq xəsarətləri alıb, maşın isə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu