Həyat yoldaşını şöbədə öldürən polislə bağlı yeni - TƏFƏRRÜATLAR

# 18:06
30 sentyabr 2021

Bakıda polis əməkdaşı həyat yoldaşını şöbədə güllələyərək qətlə yetirib.


”Hadisə Nizami RPİ-nin 24-cü Polis Şöbəsində baş verib. Belə ki, post patrul xidmətinin əməkdaşı İsmayıl Məmmədov polis şöbəsinə gələrək, həyat yoldaşına xidməti silahından atəş açaraq qətlə yetirib”.


APA TV xəbər verir ki, iki azyaşlı uşaq anası, 26 yaşlı Xanım Məmmədova 24-cü Polis Şöbəsinə gələrək həyat yoldaşı İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib. Bundan xəbər tutan ər dərhal şöbəyə gəlib. Arvadının şöbədə izahat yazdığını öyrənən İsmayıl Məmmədov təhqiqatçının otağına daxil olub və onlar arasında mübahisə düşüb. Daha sonra İsmayıl Məmmədov üzərindəki xidməti silahı ilə arvadına 8 güllə vuraraq onu öldürüb.


Mərhumun xalası Nəsibə Məmmədovanın sözlərinə görə, İsmayıl Məmmədov çox qısqanc olduğu üçün həyat yoldaşının hətta qohumlarına belə baş çəkməsinə icazə vermirmiş: “Qısqanclıq səbəbindən olub. Həmişə yoldaşını qısqanırdı. Biz onların heç bir işini bildirmirdik. Gəlib-getmirdlər bizə”.


Faktla bağlı cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Semral Cavad,

Faiq Həsənov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR