Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən Rəstəcə məktəbi 180 şagird yerlikdir
Ucar rayonunun Rəstəcə kəndində yeni məktəb binasını istifadəyə verilib. 1963-cü ildə inşa olunmuş məktəb ötən müddət ərzində köhnəldiyindən Heydər Əliyev Fondu yeni təhsil ocağının inşasını həyata keçirib. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində gördüyü işlər nəticəsində iki mərtəbə və üç korpusdan ibarət 180 şagird yerlik məktəb inşa olunaraq istifadəyə verilib. Burada da şagirdlərin yeni bilik və bacarıqlara yiyələnmələri üçün zəruri şərait yaradılıb. Məktəb mebel və avadanlıqlarla, fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin açıq idman meydançası da qurulub
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib