Heydər Əliyev prospektində iki nəqliyyat vasitəsi toqquşub
Bakının Nərimanov rayonunda yol qəzası baş verib.
APA Tv xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, 23-cü Polis Bölməsinin qarşısında qeydə alınıb.
"Honda" markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman sözügedən bölmədən qəfildən "Mercedes" markalı nəqliyyat vasitəsi çıxıb. "Honda" idarəetmədən çıxaraq "Mercedes"ə çırpılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi