Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ictimai dinləmə keçirildi

# 16:55
24 noyabr 2023

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyinin və Səbail rayon bələdiyyələrinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev irsində yerli demokratiya və vətəndaş cəmiyyəti" mövzusunda ictimai dinləmə keçirilib. Ədliyyə Nazirliyinin nümayəndələri, Səbail rayon bələdiyyələrinin, Səbail Rayon İcra Hakimiyyətinin, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın, digər vətəndaş cəmiyyəti qurumlarının, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, ölkədə yerli demokratiyanın bərqərar edilməsində müstəsna rolundan bəhs olunub. Daha sonra Səbail, Badamdar və Bibiheybət bələdiyyələri sədrlərinin bələdiyyələrin fəaliyyəti barədə məruzələri dinlənilib. Mövzu üzrə vətəndaş cəmiyyəti institutları ilə geniş müzakirələr aparılıb, yerli özünüidarəetmədə ictimai iştirakçılığın təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb, müvafiq təkliflər səsləndirilib. Çıxışlarda xalqımızın və ölkəmizin xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsinin dərindən öyrənilməsi, bu irsin qorunub gələcək nəsillərə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu və şərəfli vəzifəsi olduğu vurğulanıb.

AYTƏN SAKİTQIZI ELVİN MURADOV APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR