Heydər Əliyevin məzarı ziyarət edilib

# 15:41
20 aprel 2022

Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

 

APA TV - nin xəbərinə görə, Qurultay iştirakçıları daha sonra Şəhidlər xiyabanını və II Şəhidlər xiyabanını ziyarət ediblər.

 

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev jurnalistlərə açıqlamasında  qeyd edib ki, dünya azərbaycanlıları bütün qurultaylarda həmişə növbəti qurultayın Şuşada keçirilməsini arzu ediblər.

 

Onun sözlərinə görə, Dünya Azərbaycanlıların V Qurultayı aprelin 22-23-də Şuşada keçiriləcək: “Bu, Qarabağ Zəfərindən sonra dünya azərbaycanlılarının ilk qurultayıdır. Bu qurultay Zəfər Qurultayı olacaq. Azərbaycanın, Türk Dünyasının Mədəniyyət paytaxtında keçiriləcək qurultayda bundan sonra diasporun fəaliyyətini müəyyənləşdirəcək mühüm qərarlar qəbul ediləcək".

 

Qeyd edək ki, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

 

Qurultayın tarixi hadisə olmasından biri isə onun ümumilikdə Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşada keçirilməsidir. Həmçinin bu böyük tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR