Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual oyun keçirilib

# 17:26
8 aprel 2023

2023-cü il mayın 10-da Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib və müxtəlif tədbirlər təşkil olunur.

İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

İntellektual oyunda İqtisadiyyat Nazirliyinin strukturlarının və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 31 komanda iştirak edib. 3 mərhələdən ibarət yarışda iştirakçılar müxtəlif mövzularda suallara cavab tapmağa çalışıblar.

Qeyd edək ki, intellektual oyunun təşkilində məqsəd əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsi, onların bilik, dünyagörüşü və məntiqi düşünmə bacarıqlarının artırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR