Heydər Əliyevin yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirildi

# 18:38
20 fevral 2023

“Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışı keçirilib. 2 gün davam edəcək yarışa öncədən qeydiyyatdan keçən, böyük və uşaqlardan ibarət 12 kateqoriya üzrə 50-dən çox həvəskar xizəkçi qatılıb”.

Fevralın 18-də “Şahdağ” Turizm Mərkəzində keçirilən yarış Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, eləcə də Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilib. Məqsəd ölkədə qış idman növlərini təşviq etmək və insanlar arasında bu idman növlərinə marağı artırmaqdır.Yarışın 1-ci günündə 3 böyük yaş kateqoriyası üzrə kişi və qadınlardan ibarət xizəkçilər “Slalom Gigant” növü üzrə mübarizə aparıblar.

 

Veteran kişilər arasında BƏƏ-dən Daniel Makkenel 1-ci, Polşa təmsilçiləri Artur Sionek  və Pavel Kerzanovski 2-ci və 3-cü yerdə qərarlaşıblar. Gənclər arasında Polşa təmsilçisi Viktor Sionek 1-ci, Azərbaycan təmsilçiləri Elbrus Əzizov və  Ramin Beybutov isə 2-ci və 3-cü yerləri tutublar. Veteran qadınlar arasında Rusiya təmsilçisi Tatyana Yeqanova 1-ci, Azərbaycan təmsilçiləri Anna Vəliyeva  və Daria Bivol isə 2-ci və 3-cü yerdə  qərarlaşıblar. Kişilər arasında “Ustad xizəkçi” kateqoriyası üzrə Azərbaycan təmsilçiləri Nəsir Fərhadov 1-ci , Ramiz Ağayev 2-ci Murad Aydınov isə 3-cü yerə layiq görülüblər. Qadınlar arasında “Ustad xizəkçi” kateqoriyası üzrə isə Azərbaycan təmsilçiləri Nəzrin Qəribova 1-ci, Şəbnəm Hümbətova isə 2-ci yeri tutub. Qaliblər “Şahdağ” Turizm Mərkəzi və Milli Olimpiya Komitəsi tərəfindən Azərbaycanın tanınmış idmançılarının iştirakı ilə medallar və diplomlarla təltif olunublar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

 

Yarışın birinci günündə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fləşmob da keçirilib. Fləşmobun təşkil olunmasında "Turizm Könüllüləri" Təşkilatının üzvləri və ATMU tələbələri iştirak ediblər. Belə ki, 160 turizm könüllüsü pankartlarla Ümummilli lider Heydər Əliyevin şəkli əks olunan görüntünü və “100 il” yazısını nümayiş etdiriblər.

 

Fevralın 19-da isə yarışın uşaqlar arasında keçirilən mərhələsi baş tutub. İdman tədbirinə öncədən qeydiyyatdan keçən və 3 müxtəlif yaş kateqoriyasında olan 55 qız və oğlan xizəkçi yarışın “Slalom Gigant” növü üzrə  mübarizə aparıblar. Balaca idmançılar 500 metrlik məsafəni sürətlə qət edərək yüksək nəticə əldə etməyə çalışıblar. Yarışda qızlar arasında 3-6 yaş kateqoriyası üzrə Azərbaycan təmsilçisi Arina Nağayeva 1-ci, Böyük Britaniya təmsilçisi Lea Makkenal 2-ci, Rusiya təmsilçisi Aleksandra Kuskiana isə 3-cü yerə  layiq görülüblər. Oğlanlar  arasında 3-6 yaş kateqoriyası üzrə Rusiya təmsilçiləri Mixayıl Filipov 1-ci, Kiril Kostin 2-ci, Matvey Bivol isə 3-cü yerdə qərarlaşınblar. Qızlar arasında 9-12 yaş kateqoriyası üzrə Rusiya təmsilçiləri Darya Darodnaya 1-ci, Milana Baqdanova 2-ci  yerə, Azərbaycan təmsilçisi Nurel Hacıbəyli isə 3-cü yerə layiq görülüblər. Oğlanlar arasında 9-12 yaş kateqoriyası üzrə Azərbaycan təmsilçisi Amin Şixov 1-ci, Türkiyə təmsilçisi Kaan Mədetoğlu 2-ci, Ukrayna təmsilçisi Artem Sleptsov 3-cü yerə  layiq görülüblər. Qızlar arasında 13-17 yaş kateqoriyası üzrə Azərbaycan təmsilçisi Məryəm Sofiyeva 1-ci, Rusiya təmsilçisi Valeriya Dudçenka 2-ci, Azərbaycan təmsilçisi Mədinə Abdullayeva 3-cü yerə layiq görülüblər. Oğlanlar arasında 13-17 yaş kateqoriyası üzrə Böyük Britaniya təmsilçisi Kayl Makkey 1-ci, Almaniya təmsilçisi Karl-Leo Panke 2-ci, Azərbaycan təmsilçisi İsmayıl Tağızadə 3-cü yerdə  qərarlaşıblar. Qaliblər “Şahdağ” Turizm Mərkəzi tərəfindən medallar və kubokla təltif olunub. Həmçinin onlara Milli Olimpiya Komitəsi tərəfindən diplomlar və müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR