Həyətində pirotexniki maddələr satan şəxs tutuldu
Qanunla satışı qadağan olunmuş partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Sərraf Kazımovun özünə məxsus fərdi yaşayış evinin həyətində gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satıldığı müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb.
Faktla bağlı onun barəsində protokol tərtib edilib və baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu