Həyətində pirotexniki maddələr satan şəxs tutuldu

# 11:45
29 dekabr 2021

Qanunla satışı qadağan olunmuş partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdiyi profilaktik tədbirlər zamanı rayon sakini Sərraf Kazımovun özünə  məxsus fərdi yaşayış evinin həyətində gizli şəkildə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki məmulatların satıldığı müəyyən edilib. Həmin ünvana baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı onun barəsində protokol tərtib edilib və baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR