Həyətində qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün  traktor ixtira etdi

# 14:53
11 aprel 2022

Ucar sakininin ixtirası görənləri heyrətə gətirir.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Alpout kənd sakini, 55 yaşlı Təvəkkül Həsənov minik və kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrindən yeni növ traktor ixtira edib. İlk dəfə ötən gün ot sahəsinə çıxan yeni texnika həm iş prinsipinə, həm də xarici görünüşünə görə, kənd sakinlərinin böyük marağına səbəb olub.

Kənd sakinləri deyir ki, traktor kiçik olduğundan gələcəkdə bu növ texnikalardan həyətyanı sahələrin əkib-becərilməsində istifadə etmək daha effektli olar. Onların sözlərinə görə, hazırda istifadə etdikləri traktorlar böyük olduğundan həyətyanı sahələrdə lazımı işi görə bilmirlər.

Təvəkkül Həsənov deyir ki, 37 ildir ki, rayonda sürücü kimi fəaliyyət göstərir. Həyətyanı sahədə əkin-biçin aparmaq istədiyi zaman qarşılaşdığı çətinliklər onun belə bir texnika düzəltmək ideyasının yaranmasına səbəb olub.

Təvəkkül Həsənov deyir ki, mühərrik " VAZ - 21 06" - ya məxsus olduğundan  benzinlə çalışır və 8 litr benzin sərf edir. Maksimal sürəti isə 80 km/saat-dır. İxtiraçı deyir ki, maddi imkanı olacağı təqdirdə gələcəkdə dizellə çalışan daha effektli kənd təsərrüfatı texnikası yığmaq arzusundadır.  

Zahid Abışov, Devran Əsgərov, APA TV, Ucar

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR