Heykəllərin üzərindəki kiril əlifbası niyə dəyişdirilmir?
Bu gün təəssüf ki, Azərbaycanda hələ də bəzi heykəllərin üzərində kiril əlifbası ilə yazılmış yazılar qalmaqdadır. Belə heykəllərdən biri də önündə durduğumuz şairimiz Məhəmməd Füzulinin heykəlidir. Gördüyünüz kimi üzərindəki yazı kiril əlifbası ilə olan yazı hələ də dəyişdirilməyib. Nəzərə alsaq ki, dövlətimiz 31 ildir ki, latın qrafikli əlifbaya keçib, bəs bu uzun müddət ərzində kiril əlifbası ilə olan yazıların dəyişməməsinin səbəbi nədir? Ümumiyyətlə dəyişikliyin edilməsi nəzərdə tutulurmu? Elə, suallarımızın cavabını bu süjetimizdə öyrənəcəyik.
Mədəniyyət Nazirliyinin Sərgi və qalereyalar sektorunun müdiri Akşin Mirfeyzullazadə bildirir ki, artıq bununla bağlı layihələndirmə başlayıb və gələn ildən hər şey fərqli olacaq: “Bu məsələ gündəmdədir. Mərhələ-mərhələ həll olunacaq. Sözsüz ki, heykəl kimə aiddirsə adı, soyadı postamentin üzərində yazılıbsa, onlar dəyişilməyəcək. Çünki onlar abidənin bir hissəsi sayılırlar. Digərləri isə dəyişdiriləcək. Heykəllərin yanında məlumat lövhəsi qoyulacaq. Lövhədə latın əlifbası ilə heykəlin müəllifi haqqında məlumat veriləcək”.
Məlumat üçün onu da bildirək ki, cari ildə yalnız Zivərbəy Əhmədbəyovun abidəsinin üzərindəki yazı dəyişdirilib.
Fidan Etibarqızı,
Kamran Namazov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu