Hikmət Hacıyev ABŞ Prezidentinin köməkçisi ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşüb.
APA xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.
“Bu gün Ağ Evdə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla Azərbaycan-ABŞ tərəfdaşlığı və regional məsələlərlə bağlı səmərəli və mehriban söhbətim oldu”, - deyə Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu