Hövsan yolunda avtomobil kanala düşüb – APA TV
Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb. Qəza Hövsan yolunda qeydə alınıb. Nazir Mansurovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil şəhər istiqamətində hərəkətdə olarkən kanala düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sürücü xəsarət almayıb və avtomobildə tək olub. Nəqliyyat vasitəsi kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu