Hulisi Akar Zakir Həsənovla görüşüb
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin ən böyük təlimlərindən biri olan “EFES-2022” təlimini izləmək üçün bu ölkəyə səfər gələn Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.
DİGƏR XƏBƏRLƏR
APA Group yeni mövsümə böyük yeniliklərlə başlayır
320 yeni iş yeri imkanı: “Meysari Grand Hotel & SPA”ya MEDİATUR TƏŞKİL OLUNDU
Yeni lokomotivlər ADY-nin yükdaşıma imkanlarını 2 dəfəyə qədər artıracaq