Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza haqlı mübarizələrində dəstəyimiz davam edəcək”
Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar arasında görüş keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar əldə edilən nəticənin onları son dərəcə sevindirdiyini qeyd edərək bildirib ki, bu hərəkat bir oyanışdır: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir uğur əldə etdiniz. Hərəkat 44 günə başa çatdı, amma bu hərəkatdan 44 il boyunca danışılacağından əmin olun. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi”.
Hulusi Akar Azərbaycanın haqlı mübarizəsində bundan sonra da dəstəklərini davam etdirəcəklərini bildirib: “Hamımız gözü yaşlı azərbaycanlı qardaşlarımızın uğurlarını öz uğurlarımız kimi qəbul edib qeyd etdik. Bu da bizim qardaşlığımızın, tək millət olmağımızın açıq-aydın göstəricisidir. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!”.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik