Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacaq
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyənin Dağlıq Qarabağda ortaq sülhməramlı missiyada təmsil olunacağını bildirib.
APA TV-nin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Hulusi Akar bu barədə Türkiyə Böyük Millət Məclisində Milli Müdafiə Nazirliyinin 2021-ci il üzrə büdcə müzakirələrində bildirib.
Nazir qeyd edib ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunan atəşkəs razılaşmasının icra olunmasına nəzarət etmək üçün ortaq sülhməramlı missiyada təmsil olunacaq.
DİGƏR XƏBƏRLƏR
“O vaxt 9 yaşım vardı, bu gün 44 yaşımda nəvəmlə gəlmişəm bura”
“Əvvəl uşaqlar hər işi bacarırdı...” – Məktəbdə praktiki dərslər hara getdi?
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib