“Human Rights Watch”ın hesabatı niyə yoxa çıxıb? - DEPUTATDAN DƏHŞƏTLİ FAKTLAR
““Human Rights Watch” təşkilatının 1994-cü ildə yaydığı hesabatında Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçilərinin orqanları çıxarıldığına görə onların öldüyü qeyd edilmişdi”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Asim Mollazadə deyib.
Deputat bildirib ki, təşkilat bu hesabatı artıq internetdən yığışdırıb: “Həmin təşkilat o hesabatı 1994-cü ildə çap etmişdi. Lakin hazırda həmin hesabat yox olub, təşkilatın internet səhifəsində də yoxdur. Biz törədilən hərbi cinayətlərin ciddi araşdırılmasını davam etdirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni yenidən qaldırmalıdır, hərbi cinayətləri törətmiş erməni cəlladları məsuliyyətə cəlb olunmalıdır”.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib