"Hyundai"la qəbiristanlığa oğurluğa gəldi
İsmayıllıda qəbiristanlıqdan oğurluğa cəhd olunub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, hadisə dekabrın 23-də İsmayıllı şəhəri ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Məzarların ətrafına çəkilmiş 16 ədəd dəmir barmaqlığı “Hyundai” markalı avtomobili ilə oğurlamağa cəhd göstərən şəxs İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun şəhər sakini, əvvəllər məhkum olunmuş Ziliyev soyadlı şəxsin olduğu müəyyən edilib.
Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu