“İçərişəhər”dəki muzeylərin fəaliyyəti bu gündən dayandırılır
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindəki muzeylərin fəaliyyəti dayandırılır.
APA TV xəbər verir ki, bu barədə İdarənin mətbuat xidmətindən bildirilib.
Verilən məlumata görə, COVİD-19 virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 13 mart tarixli bəzi izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən İdarənin strukturuna daxil olan bütün muzeylərin fəaliyyəti bu gündən müvəqqəti olaraq dayandırılır.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi