İctimai nəqliyyatın fəaliyyəti dayandırılıb
Bu gündən fevralın 8-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
APA-TV-nin məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Bununla əlaqədar 6 fevral saat 00:00-dan 8 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı metropolitenində də sərnişindaşımanın fəaliyyəti dayandırılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU