“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi həbs olunub

# 20:15
6 aprel 2021

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.

Bu barədə APA TV-yə onun vəkili Gülnar Quluzadə məlumat verib.

O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və  barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR