İƏT nümayəndələri Ağdam Cümə məscidində namaz qılıblar
Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonuna səfər çərçivəsində Ağdam Cümə məscidində olublar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, daimi nümayəndələr məscidə baş çəkib, erməni işğalçılarının məsciddə, eləcə də məscid ətrafında törətdikləri vandallıqlarla, vəhşiliklərlə tanış olublar.
Onlara ermənilərin işğal müddətində burada törətdikləri müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.
Eyni zamanda daimi nümayəndələr səfər çərçivəsində Ağdam Cümə məscidində namaz qılıb, dualar ediblər.
DİGƏR XƏBƏRLƏR
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU
Qarabağdakı abidələr hansı tarixi həqiqətləri yaşadır?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 284 sakin yurda döndü