İki avtomobil toqquşdu, ana və övladı ağır xəsarət alıb
Abşeron rayonu, Masazır dairəsində işıqforun qırmızı işığından keçən avtomobil qəzaya uğrayıb.
APA TV xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı avtomobil eyni markalı digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə sonuncu avtomobildə olan sərnişinlər - ana və övladı ağır xəsarət alıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib