İki rayonda yeni təhsil müəssisi istifadəyə verilib
Bu gün Xudatda yeni tikilən 432 şagird yerlik məktəb binası istifadəyə verilib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisinə ötən ilin dekabr ayından başlanılıb.
İkimərtəbəli binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana var.
Açılış mərasimində Təhsil Nazirliyinin ümumi təhsilin məzmunu, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak edib.
Üç korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə də təchiz olunub. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri tikilib.
Bu gün həmçinin 460 yerli Qusar rayonunun Quxuroba kənd tam orta məktəbi əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Tamamilə yenidən qurulan üçmərtəbəli məktəb binası müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Əfv olunanlar arasında Martin Ryan da var
Xankəndi, Xocalı və Ağdərəyə NÖVBƏTİ KÖÇ BAŞ TUTDU