İki yük maşını toqquşdu, sürücülər öldü – SUMQAYITDA AĞIR QƏZA
Sumqayıtda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin xəbərinə görə, “DAF” və “KamAZ" markalı iki yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib.
Xilasedicilər sürücülər, 1951-ci il təvəllüdlü Ağarza Sayılov və 1995-ci il təvəllüdlü Asəf Aslanovun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi