İmişlidə ev yandı, ev sahibinin oğlu xəsarət aldı
İmişlidə fərdi yaşayış evində yanğın baş verib, bir nəfər xəsarət alıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb. Kənd sakini Bəhrəm Mədətova məxsus iki mərtəbəli evdə baş verən yanğın anidən güclənərək evi bürüyüb.
Hadisə zamanı ev sahibinin oğlu, 1989-cu il təvəllüdlü İbrahim Mədətov yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Yanğın nəticəsində evin dam örtüyü, ikinci mərtəbənin yanar konstruksiyaları və içərisindəki əşyalar 100 kvadratmetr sahədə yanıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evin qalan hissəsini yanğından mühafizə edərək alovu söndürüblər.
Hadisənin qaz sızmasından baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi