İmişlidə minik və yük maşını toqquşdu – YARALILAR VAR – HADİSƏ ANI
İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Çahar kəndi ərazisində “Qazel” markalı yük maşını ilə “Mercedes” toqquşub.
Hadisə nəticəsində İmişli rayon sakinləri, 1989-cu il təvəllüdlü Elməddin Eyvazov və 1991-ci il təvəllüdlü Nizami Xankişiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Saatlı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi