İmişlidə qanunsuz ovla məşğul olan brakonyerlər yaxalandı
İmişlidə qanunsuz quş ovlayan 5 nəfər brakonyer saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Kürdəmir sakinləri, Cəfər Hüseynov, Füzuli Həsənov və Bakı sakini, Zamin İsmayılovun 80-ə yaxın çöl quşunu qanunsuz olaraq ovladığı müəyyən edilib.
Həmçinin əməliyyat zamanı İmişli sakinləri, Kənan Yaqubov və Cavid Quliyev də saxlanılıb. Onlardan 3 ədəd odlu silah, xeyli sayda ov quşu, eyni zamanda ov ləvazimatları aşkar edilib.
Brakonyerlərin ümumilikdə 100-ə yaxın müxtəlif növdən olan çöl quşlarını qanunsuz olaraq ovladığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi