Bank Of Baku

İsmayıllıda 5 otaqlı ev yanıb

# 18:42
23 mart 2020

İsmayıllı rayonunda fərdi yaşayış evi yanıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yanğın rayon sakini Elşən Üzeyirova məxsus ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 5 otaqlı evdə baş verib.

 

yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.

 

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb, lakin xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır. 


Şahnəzər Bəşirov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR