İsmayıllıda ağır qəza: 2 nəfər öldü, 3 nəfər yaralandı
İsmayıllıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı-Muğanlı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford Tranzit" markalı yük maşını ilə "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində İsmayıllı rayon sakinləri, Musa İsmayılzadə və Rüstəm Əzimov dünyasını dəyişib.
Hadisə zamanı daha üç nəfər - Nadir Səlimov, Nahid Səlimov və Şöhrət Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib